Digər · APA Sport
U-15 dünya çempionatı: İspaniya çempion! - YENİLƏNİB

Bu gün Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, A Divizionunun həlledici oyununda İspaniya və Çexiya komandaları üz-üzə gəlib.
Qarşılaşma Bakı Kristal Zalında saat 18:00-da start götürüb.
Görüş ispanların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Həmçinin B, C, D, E və F Divizionlarının da qalibləri bəlli olub. Nəticədə bütün pillələrin sahibləri müəyyənləşib.
Portuqaliya 2 - 5 Zambiya (33-cü yer uğrunda)
Tunis 0 - 3 Belarus (65-ci yer uğrunda)
Kanada 2 - 4 Tacikistan (97-ci yer uğrunda)
Mərkəzi Afrika Respublikası 4 - 1 Banqladeş (129-cu yer uğrunda)
Yeni Zelandiya 2 - 1 Efiopiya (161-ci yer uğrunda)