MTP rəhbəri Qarabağ və Şərqi Zəngəzurun infrastrukturunun inkişafındakı əhəmiyyətli irəliləyişi qeyd edib

İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı Bakı 21° C USD - 1.700 EUR - 1.909 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia MTP rəhbəri Qarabağ və Şərqi Zəngəzurun infrastrukturunun inkişafındakı əhəmiyyətli irəliləyişi qeyd edib Qarabağ 10 oktyabr, 2026 10:17 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Son altı ildə Qarabağ və Şərqi Zəngəzurda yol və nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli irəliləyiş əldə edilib. Bunun sayəsində regionda hərəkətə sərf olunan vaxt xeyli azalıb.
"Report" un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, bunu regionda səfərdə olan səyyahlar qrupuna rəhbərlik edən "Most Traveled People" (MTP) beynəlxalq səyyahlar klubunun təsisçisi Çarlz Vili bildirib.
Onun sözlərinə görə, klub son altı ildir Qarabağ və Şərqi Zəngəzura səfərlər təşkil edir, bu da baş verən dəyişiklikləri müşahidə etməyə imkan verir.
"Bu gün biz yeni yolun bir hissəsini cəmi 10 dəqiqəyə qət etdik, halbuki əvvəllər, Xocavənd tərəfdən girişdə buna bir neçə saat vaxt gedirdi. Bu, çox böyük bir irəliləyişdir", - o deyib.
Vili həmçinin Zəngəzur dəhlizi istiqamətində nəqliyyat infrastrukturunun tikintisini yüksək qiymətləndirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfində zəruri infrastrukturun yaradılması, o cümlədən yolların və tunellərin tikintisi üzrə aktiv işlər aparılır.
"Gələcəkdə buraya qayıtmaq və bu nəqliyyat dəhlizini (Zəngəzur – red.) tam başa çatmış görmək çox maraqlı olardı", - o vurğulayıb.
Qeyd edək ki, bu gün beynəlxalq səyyahlar qrupunun Qarabağ və Şərqi Zəngəzura səfərinin üçüncü günüdür. Nümayəndə heyətinin tərkibində 13 ölkədən 40-a yaxın şəxs var.
Bu, 2021-ci ildən bəri aparıcı beynəlxalq səyyahlar klublarının regiona artıq 17-ci qrup səfəridir.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Kamil Mahmudov Sosial şəbəkələrdə paylaşın Скопировано Основатель MTP отметил значительный прогресс в развитии инфраструктуры Карабаха и Восточного Зангезура MTP chief hails significant progress in infrastructure development in Karabakh --> --> --> --> --> USD - 1.700 EUR - 1.909 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 12:36 İsmayıllıda ev və köməkçi tikili yanıb Hadisə 12:23 Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb Fərdi 12:08 Foto İvan Bednarik: "Çexiya Azərbaycanla vahid tariflər və multimodal daşımaları müzakirə etməyə hazırdır" - MÜSAHİBƏ İnfrastruktur 12:06 Video Azərbaycan irsinin erməniləşdirilməsi siyasətinin qurbanlarından biri – Xancığaz kəndi Daxili siyasət 11:58 ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb Digər ölkələr 11:49 Şərqi Zəngəzurda sənaye istehsalının dəyəri son 3 ildə 12 dəfə artıb Sənaye 11:47 Azərbaycan cüdoçusu Camal Qamzatxanov dünya çempionatına qələbə ilə start verib Fərdi 11:36 Foto İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Laçında olublar Xarici siyasət 11:35 Foto Bakıda Azərbaycan Pencak Silat İcmasının açılışı olub Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.