Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb

İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi Azərbaycan-İtaliya münasibətləri 2027-ci ilin dövlət büdcəsi Bakı 13° C USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi Azərbaycan-İtaliya münasibətləri 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb Fərdi 23 noyabr, 2026 18:12 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb.
Bu barədə "Report" a Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) məlumat verilib.
Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) və ASTF-nın təşkil etdiyi yarışda paytaxt Bakı ilə yanaşı digər şəhər və rayonların 100-dən artıq idmançısı bacarığını göstərir.
Açılış mərasimində idmançıları salamlayan ASTF-nin vitse-prezidenti Elmar İslam onlara uğurlar arzulayıb. Ölkə kubokunun əhəmiyyətindən söz açan federasiya rəsmisi beynəlxalq arenaya gedən yolun bu cür yarışlardan keçdiyini vurğulayıb.
Bundan başqa, Fransada keçirilən "Euro Mini Champs"da qızıl medal qazanan Mehin Mirzəbalayevaya sözügedən yarışın mükafatları təqdim olunub.
Qeyd edək ki, "Şüa İdman Sağlamlıq Kompleksi"ndə keçirilən ölkə kuboku turnirində U-14 və U-18 yaş qrupları üzrə qaliblər məlum olacaq. Komanda, şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçiriləcək yarışa noyabrın 26-da yekun vurulacaq. Fərqlənən idmançılara AGİN-in diplom və medalları, ASTF-nin mükafatları təqdim olunacaq.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 13° C Son xəbərlər 21:39 Maurisio Poçettino "Mançester Yunayted"in oyundan sonrakı istirahət gününü ləğv edib Futbol 21:27 Mənimsəmədə şübhəli bilinən Rusiyanın Murmansk vilayətinin qubernatoru saxlanılıb Region 21:19 Tramp "Nvidia" rəhbərinin üç yeni çip hazırlamaq istədiyini açıqlayıb Digər ölkələr 20:55 Serbiyada müxalifət parlamentin heç bir komitəsinə rəhbərlik etməyəcək Digər ölkələr 20:47 Foto Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib Daxili siyasət 20:43 Avropa Komissiyası rusiyalı hərbçilər və turistlər üçün viza qaydalarını sərtləşdirib Digər ölkələr 20:42 Çempionlar Liqasında "Sabah"la qarşılaşacaq "Barselona" Bakıya gəlib Futbol 20:34 NATO şərq cinahında hava və antidron müdafiəsini gücləndirəcək Digər ölkələr 20:20 Merts: Ukrayna NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri almalıdır Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.