Lixtenşteynin baş məşqçisi Fyunfştyuk: "Azərbaycan millisi ilə heç-heçə etdiyimiz üçün sevinirik"

İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) Bakı 23° C USD - 1.700 EUR - 1.924 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Lixtenşteynin baş məşqçisi Fyunfştyuk: "Azərbaycan millisi ilə heç-heçə etdiyimiz üçün sevinirik" Futbol 01 oktyabr, 2026 22:22 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Lixtenşteyn millisi Azərbaycan yığması ilə heç-heçə etdiyi üçün çox sevinir.
"Report" un məlumatına görə, bu barədə Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fyunfştyuk Bakıdakı mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis Azərbaycan yığması ilə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunundan sonra fikirlərini bölüşüb:
"AFFA-ya təşəkkür edirəm. İlk dəfə Bakıya gəlirdim. Bizim üçün yaxşı şərait yaratmışdılar. Qonaqpərvərliyinizlə tanış olduq. Bunun üçün minnətdaram. 40 min əhalimiz var. Bu matçdan əvvəl favorit deyildik. Amma yaxşı hazırlaşmışdıq. Heç-heçəyə görə çox sevinirik".
Baş məşqçi müdafiədə yaxşı çıxış etdiklərini sözlərinə əlavə edib:
"Qazandığımız hər xala sevinirik. Bizim də şanslarımız oldu. Özümüzü inkişaf etdirməli və daha yaxşı oynamalıyıq. Son üç oyunumuzdan razıyam. Qarşıdakı matçlara köklənəcəyik və əlimizdən gələni edəcəyik. Biz peşəkar komanda deyilik. Komandamızın planı var. Peşəkar futbolçumuz azdır. Əksəriyyəti digər sahələrdə çalışırlar".
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.924 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 23° C Son xəbərlər 23:16 "Birliyin Gücü – 2026" birgə hərbi təlimi başa çatıb Xarici siyasət 23:10 ABŞ üç ölkə ilə müdafiə əməkdaşlığının gücləndirilməsini müzakirə edəcək Digər ölkələr 23:07 Sankt-Peterburqda Millerin tarixi malikanəsi yanır Region 23:00 Messi İspaniyanın "Eldense" klubunun sahibi olub Digər ölkələr 22:50 Venesuelada ABŞ-nin hərbi bazası yaradıla bilər Digər ölkələr 22:44 Putin Rusiya və Ukrayna arasında zərbələrin qismən dayandırılmasını mənasız hesab edir Region 22:35 Ayxan Abbasov: "Günahkar axtarmayacağıq, məsuliyyət məndədir" Futbol 22:29 Foto Coratda qadın qətlə yetirilib, əri şübhəli bilinir Hadisə 22:22 Lixtenşteynin baş məşqçisi Fyunfştyuk: "Azərbaycan millisi ilə heç-heçə etdiyimiz üçün sevinirik" Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.