Emin Mahmudov: "Azərbaycan millisinin formasını ilk dəfə geyindiyim günü heç vaxt unutmayacağam"

İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü Bakı 13° C USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Emin Mahmudov: "Azərbaycan millisinin formasını ilk dəfə geyindiyim günü heç vaxt unutmayacağam" Futbol 06 noyabr, 2026 16:09 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov yığmanın heyətində ilk dəfə forma geyindiyi günü heç vaxt unutmayacaq.
"Report" xəbər verir ki, "Neftçi"nin yarımmüdafiəçisi bunu sosial şəbəkə hesabında yazıb.
34 yaşlı futbolçu millidəki karyerasını başa vurmaq qərarı barədə açıqlama yayıb:
"Bu gün qəlbimdə həm qürur, həm də kövrəkliklə sizinlə vacib bir qərarımı bölüşmək istəyirəm. Azərbaycan milli komandasındakı karyeramı başa vururam. Milli formanı ilk dəfə geyindiyim günü heç vaxt unutmayacağam. O formanı geyinib ölkəmi təmsil etmək, bu komandanın kapitanı olmaq həyatımın ən gözəl illərindən biri idi".
O, geridə qalan illər ərzində unudulmaz anlar yaşadığını, dəyərli dostluqlar və sözlə ifadə etməkdə çətinlik çəkdiyi duyğular hiss etdiyini deyib:
"Bu yolda yanımda olan komanda yoldaşlarıma, məşqçilərimə və mənə inanan hər kəsə ürəkdən təşəkkür edirəm. Ən böyük təşəkkür isə hər zaman dəstəklərini hiss etdiyim azarkeşlərimizədir. Sevincimizi də, çətin anlarımızı da birlikdə yaşadıq. Milli forma ilə keçirdiyim illərə qürurla və minnətdarlıqla baxıram. Hər şey üçün təşəkkür edirəm".
Qeyd edək ki, Azərbaycan yığması noyabrın 13-də UEFA Millətlər Liqasında Lixtenşteyn, 16-da isə Andorra ilə yoldaşlıq oyununda üz-üzə gələcək. Andorra ilə görüş E.Mahmudov üçün millidə sonuncu olacaq.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 13° C Son xəbərlər 18:36 "Bloomberg": ABŞ və İran münaqişənin dayandırılması ilə bağlı danışıqlarda irəliləyişə yaxındır Digər ölkələr 18:33 Dövlət Komitəsində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş tədbir keçirilib Daxili siyasət 18:23 Qadın voleybolçular arasında Azərbaycan Superliqasına start verilib Komanda 18:19 Foto Rəşad İsmayılov Vətən müharibəsi iştirakçıları ilə görüşüb Daxili siyasət 18:16 İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - Yenilənib Elm və təhsil 18:15 Foto Azərbaycanın atletika nümayəndələri Portuqaliyada keçirilən beynəlxalq konfransda iştirak edirlər Komanda 18:15 Foto Anar Bağırov 8 Noyabr – Zəfər Günü münasibətilə qazi vəkillərlə görüşüb Daxili siyasət 17:57 Prezident: Ermənilər 30 il torpaqları viran qoymuşdu, biz isə cəmi 6 ilə 100 minə yaxın insanı evlərinə qaytarmışıq Daxili siyasət 17:56 Foto Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib İdman Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.