İdman24
Futbol · APA Sport

Premyer Liqa klubu satışa çıxarılıb

“Everton” klubu satışa çıxarılıb.

Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.

Komandanın sahibi olan “The Friedkin Group” (TFG) şirkəti yeni investisiya variantlarını nəzərdən keçirir.

Qeyd edək ki, “The Friedkin Group” “Everton”u 2024-cü ilin dekabrında satın alıb. Liverpul təmsilçisi ötən mövsüm İngiltərə Premyer Liqasını 13-cü pillədə başa vurub. Komanda cari mövsümdə keçirdiyi 5 oyunda 9 xal toplayaraq turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Orijinal mənbə

İdman24 əsas səhifə