Digər · APA Sport
Ançelotti: "Qələbəyə biz layiq idik"

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti DÇ-2026-nın 1/8 finalında Norveçə məğlubiyyəti şərh edib.
Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis komandasının turnirdəki çıxışını dəyərləndirib.
“Hamımız çox məyusuq. Çünki düşünürəm ki, komanda mükəmməl olmasa da, yaxşı dünya çempionatı keçirdi. Bugünkü matçda da qələbəyə layiq olduğumuzu düşünürəm.
Biz bu məğlubiyyəti yeni macəranın və yeni dövrün başlanğıcı kimi görməliyik. İşləməyə, inkişaf etməyə və yeni ideyalar tapmağa davam etməliyik. İnanıram ki, bu məğlubiyyət son deyil, yeni dövrün başlanğıcıdır”, - deyə Ançelotti bildirib.
Qeyd edək ki, Braziliya 1/8 finalda Norveçə 1:2 hesabı ilə uduzaraq DÇ-2026 ilə vidalaşıb.