Digər · APA Sport
İngiltərənin rəqibi bəlli oldu - DR Konqo ilə qarşılaşacaq

DÇ-2026-da 1/16 final mərhələsinin daha bir cütü müəyyənləşib.
Apasport.az xəbər verir ki, İngiltərə millisi pley-offun ilk raundunda DR Konqo ilə üz-üzə gələcək.
İngiltərə L qrupunu lider kimi başa vurub. DR Konqo isə K qrupunda 3-cü pilləni tutaraq ən yaxşı üçüncülər sırasında 1/16 finala yüksəlib.
Qeyd edək ki, İngiltərə - DR Konqo qarşılaşması iyulun 1-də keçiriləcək.