Cüdo üzrə Bakı birinciliyinə start verilib

Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi start götürüb.
Apasport.az xəbər verir ki, ilk yarış günündə 259 cüdoçu 8 çəki də qüvvəsini sınayıb.
Qızlar arasında -40 kq, -48 kq, -57 kq, -70 kq, oğlanların mübarizəsində isə -50 kq, -60 kq, -73 kq və -90 kq çəki dərəcələrində mükafatçılar müəyyənləşib.
Günün medalçılarını təqdim edirik:
-40 kq 1. Sunay Salamova (RKİM) 2. Mələk Şahmuratova (Bakı şəhəri 8 nömrəli İOEUGİM) 3. Nuray Həsənli (ROİL)
-48 kq 1. Nigar Heydərzadə (Champion 74) 2. Pərvin Sevxanlı (Bakı şəhəri 2 nömrəli RİOEUGİM) 3. Zəhra Muradova (AHİTA) 3. Ülkər Abbaszadə (Bakı şəhəri 2 nömrəli RİOEUGİM)
-57 kq 1. Naziləzəhra Rüstəmli (Bakı şəhəri 13 nömrəli İOEUGİM) 2. Sunay Məcidova (Bakı şəhəri 13 nömrəli İOEUGİM) 3. Aynur Süleymanova (Hovsan İK) 3. Gülnaz Məmmədtağıyeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
-70 kq 1. Zümrüd Əliyeva (RKİM) 2. Qönçə Məmmədli (Ələt İdman Klubu) 3. Xədicə Quluzadə (Şuşa UGİM)
-50 kq 1. Nihat Quluzadə (Bakı şəhəri 10 nömrəli UGİM) 2. Ayhan Musazadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM) 3. Raul Abbaslı (Neftçi İK) 3. Məhəmməd Səfərov (Bakı şəhəri 10 nömrəli UGİM)
-60 kq 1. Samin Səlimli (Spartak Wrestle Zone) 2. Raul Məlikzadə (Bakı şəhəri 8 nömrəli İOEUGİM) 3. Sinan Qənbərli (Bakı şəhəri 1 nömrəli RİOEUGİM) 3. Muhəmməd Səttarov (Bakı şəhəri 10 nömrəli UGİM)
-73 kq 1. Rəsul Qasımov (Judo Club 2012) 2. Fərid Həsənli (Bakı şəhəri 13 nömrəli İOEUGİM) 3. Ruslan Əsgərov (Bakı şəhəri 13 nömrəli İOEUGİM) 3. Yaqub Nərimanzadə (Atilla İK)
-90 kq 1. Musa Kəramətzadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM) 2. Rəşad Musayev (Sərhədçi İM) 3. Tural Rzayev (Şuşa UGİM) 3. Rauf Şamilov (Bakı şəhəri 13 nömrəli İOEUGİM)