İdman24
Basketbol · Report İdman

Azərbaycan millisinin üzvü Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək

İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü Bakı 9° C USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Azərbaycan millisinin üzvü Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək Komanda 09 noyabr, 2026 12:15 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan millisinin üzvü Polina Şukina NBA, WNBA və FIBA-nın birgə təşkil etdiyi "Basketball Without Borders" (BWB) proqramının qadınlar üçün nəzərdə tutulan "BWB Next Up" düşərgəsinə seçilib.

Bu barədə "Report" a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən bildirilib.

Sinqapurda keçiriləcək düşərgədə dünyanın müxtəlif ölkələrindən 80 perspektivli gənc basketbolçu yer alacaq. Bununla da Azərbaycan ilk dəfə sözügedən proqramda təmsil olunacaq.

Noyabrın 18-dən 21-dək davam edəcək düşərgə müddətində iştirakçılar tanınmış basketbolçular və məşqçilərin rəhbərliyi altında məşqlərdə, həmçinin oyunlarda iştirak edərək bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar. Ən yaxşı oyunçular "BWB All-Star" düşərgəsinə seçilmək şansı əldə edəcəklər.

Qeyd edək ki, P.Şukina 2025-ci ildə U-16 Avropa çempionatının B divizionunda ən çox xal toplayan üç basketbolçudan biri olub. O, 2026-cı ildə keçirilən U-18 Avropa çempionatının B divizionunda isə ribaund və effektivlik göstəricilərinə görə turnirin lideri olub.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 9° C Son xəbərlər 12:15 Azərbaycan millisinin üzvü Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək Komanda 12:07 Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb Digər ölkələr 12:07 Foto Video Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş keçirilib - Yenilənib Hərbi 12:03 Foto Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur Ekologiya 12:00 Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalı xərcini 3 %-dən çox artırıb Biznes 11:59 Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdirilib Daxili siyasət 11:56 Sabah Bakıda hava yağmursuz olacaq Ekologiya 11:52 "Kristal Pelas" baş məşqçisi Pyer Sajla yolları ayırmağı planlaşdırır Futbol 11:51 Azərbaycanda tullantılardan bioqaz istehsalı üçün anaerob parçalama zavodları tikiləcək Sənaye Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə