Superkubokun qalibi Fatimə Hüseynli: "Əsas məqsədim Avropa Oyunlarına lisenziya qazanmaqdır"

İlham Əliyev Zəfərə gedən yol Bakı 20° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Superkubokun qalibi Fatimə Hüseynli: "Əsas məqsədim Avropa Oyunlarına lisenziya qazanmaqdır" Fərdi 20 oktyabr, 2026 13:12 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Kamandan oxatma üzrə Azərbaycan Superkubokunun qalibi olan Fatimə Hüseynli Avropa Oyunlarına lisenziya əldə etməyi hədəfləyib.
İdmançı bunu "Report" a açıqlamasında deyib.
O, yarışın gözlədiyindən də uğurlu keçdiyini bildirib:
"Superkubokda qızıl medal qazanmaq mənim üçün çox böyük uğurdur və zəhmətimin bəhrəsidir. Yarışa yaxşı hazırlaşmışdım və əsas məqsədim çempion olmaq idi. Şükürlər olsun ki, bu hədəfə çatdım. Yarışa hazırlıq mərhələsində üzərimdə işləyir, texnikamı təkmilləşdirməyə və səhvlərimi minimuma endirməyə çalışırdım. Bu qələbədə məşqçilərimin rolu çox böyükdür. Onların dəstəyi, məsləhətləri və inamları mənim üçün çox önəmlidir".
F.Hüseynli kişilər arasında yarışın qalibi olan Məhəmmədəli Əliyevlə qarşılaşmasını da dəyərləndirib:
"Məhəmmədəli Əliyevlə mübarizə aparmaq mənim üçün çox yaxşı təcrübə oldu. Düşünürəm ki, yaxşı çıxış etdim və bacardığımın ən yaxşısını göstərməyə çalışdım. Lakin külək amili və texniki atışlar zamanı bəzi səhvlər nəticəyə təsir göstərdi. Məğlub olsam da, bu qarşılaşmanı özüm üçün dəyərli sınaq hesab edirəm. Mənim üçün əsas olan səhvlərdən nəticə çıxarmaq və növbəti yarışlarda daha yaxşı nəticə göstərməkdir".
Gənclər kateqoriyasında son ilinə qədəm qoyacağını xatırladan idmançı gələcək hədəflərindən danışıb:
"Hazırkı nəticəmlə kifayətlənməyib, öz üzərimdə daha çox çalışmaq, xüsusilə küləkli havada atışlarımı yaxşılaşdırmaq istəyirəm. Növbəti il mənim üçün xüsusi əhəmiyyət daşıyır, çünki gənclər kateqoriyasında son ilim olacaq. Avropa yarışlarında ölkəmizi layiqincə təmsil etmək, bayrağımızı yüksəklərə qaldırmaq və himnimizi səsləndirmək ən böyük arzularımdandır. Eyni zamanda, Avropa Oyunlarına lisenziya qazanmaq və dünya çempionatında uğurlu nəticə göstərmək istəyirəm".
Qeyd edək ki, Fatimə Hüseynli Azərbaycan Superkubokunda 70 metr məsafədə qadınlar arasında qızıl medal qazanıb. O, kişilər arasında çempion Məhəmmədəli Əliyevə isə məğlub olub.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 20° C Son xəbərlər 14:22 Maksim Medvedev: "Sabah" güclü rəqiblərə qarşı mübarizə apara biləcəyini sübut edib" Futbol 14:14 Kiyevə dron hücumları zamanı daha bir Azərbaycan vətəndaşı yaralanıb Hadisə 14:06 "Ryanair"in rəhbəri gələn il Avropada aviabiletlərin qiymətlərində rekord artım proqnozlaşdırır Maliyyə 14:06 Eldar Əzizov Bakının qış mövsümünə hazırlığı ilə bağlı müşavirə keçirib Daxili siyasət 14:04 Ceyranbatanda ana və övladını maşın vurub Hadisə 14:02 Azərbaycan Gürcüstanla radiotezliklərin koordinasiyasına dair protokol imzalayıb İKT 13:59 Peskov: Putinin Uitkoff və Kuşnerlə yaxın vaxtlarda görüşəcəyinə ümid edirik Digər ölkələr 13:57 "Gəncə" klubunun FIBA Avropa Kubokundakı oyunu təxirə salınıb Komanda 13:55 "Şərqi Azəri" yatağından indiyədək 645 milyon bareldən çox neft hasil edilib Energetika Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.