Digər · APA Sport
De la Fuente zirvədə - İLİN ƏN YAXŞI BAŞ MƏŞQÇİSİ SEÇİLDİ

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente ilin ən yaxşı məşqçisi seçilib.
Apasport.az xəbər verir ki, mütəxəssis bu mükafata “France Football” nəşrinin təşkil etdiyi “Qızıl top” mərasimində layiq görülüb.
De la Fuente səsvermədə Mikel Arteta (“Arsenal”), Unai Emeri (“Aston Villa”), Vensan Kompani (“Bavariya”) və Luis Enrikeni (PSJ) qabaqlayıb.
Qeyd edək ki, bu il De la Fuentenin rəhbərlik etdiyi İspaniya millisi dünya çempionu olub.