Messi milli karyerasını bitirir, klubda isə...

Lionel Messi Argentina millisində karyerasını başa vurmağa hazırlaşsa da, klub səviyyəsində futboldan getməyi planlaşdırmır.
BBC-nin məlumatına görə, 39 yaşlı futbolçunun ən azı “İnter Mayami” ilə müqaviləsinin başa çatacağı 2028-ci ilədək oynamağa davam edəcəyi gözlənilir. Messiyə yaxın şəxslər onun müqaviləni vaxtından əvvəl başa vuracağını gözləmirlər. Hətta fiziki və psixoloji vəziyyəti imkan verərsə, argentinalının daha uzun müddət oynamaq ehtimalı da var.
Messi milli komandadakı son oyununu bu gün Beninə qarşı keçirəcək. Buenos-Ayresdəki “Monumental” stadionunda təşkil olunacaq vida matçı onun Argentina formasında 208-ci görüşü olacaq.
Qeyd edək ki, Messi Argentina millisinin heyətində 207 oyunda 125 qol vurub. O, yığma ilə 2022-ci ildə dünya çempionu, 2021 və 2024-cü illərdə isə Amerika Kubokunun qalibi olub.