Surfkastinq üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

İlham Əliyev Formula 1 Azərbaycan Qran-Prisi 2026 ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 24° C USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Formula 1 Azərbaycan Qran-Prisi 2026 ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Surfkastinq üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib Fərdi 21 sentyabr, 2026 10:21 Surfkastinq (sahildən balıqtutma) üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) mətbuat xidməti məlumat yayıb.
Turnir Gənclər və İdman Nazirliyi, ASİNF və Bakı Balıqçılar və Sualtı Ovçular Klubunun birgə təşkilatçılığı ilə baş tutub.
4 balıqçılıq klubunu təmsil edən 35 iştirakçının mübarizə apardığı turnirin açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov idmançıları salamlayaraq onlara uğurlar arzulayıb. Nazir ölkədə idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb, su idmanı növlərinin son illərdəki inkişafını yüksək qiymətləndirib.
Rəsmi hissədən sonra nazirin simvolik olaraq ilk spininqi suya atması ilə ölkə çempionatına start verilib. Turnir surfkastinq üzrə beynəlxalq qaydalara uyğun şəkildə keçirilib. 6 saat ərzində tutulan balıqlar hakimlər tərəfindən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib və ən yüksək nəticə göstərən iştirakçılar bəlli olub.
Qaliblər diplom, medal və digər hədiyyələrlə mükafatlandırılıblar. Hakimlərə isə peşəkarlıqlarına görə ASİNF tərəfindən diplomlar təqdim olunub.
Yarışın texniki nəticələri aşağıdakı kimidir:
1. Əhməd Məmmədov – Azərbaycan Karpfişinq Klubu
2. İlkin Umudov – Bakı Balıqçılar Klubu
3. Fərman Abdulov – Bakı Balıqçılar Klubu
"Big Fish" mükafatı: İlkin Umudov – Bakı Balıqçılar Klubu (ən böyük balıq – 40 sm)
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 14:07 Azərbaycanın neft ixracında İtaliyanın payı 58 %-ə yaxınlaşıb Energetika 14:03 İrlandiya "Google"u 403 milyon avro cərimələyib Digər ölkələr 13:49 Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib Digər 13:45 "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar Futbol 13:32 Bakıda keçiriləcək dünya çempionatı üçün qeydiyyatdan keçən ölkələrin sayı 95-ə çatıb Fərdi 13:24 Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib İnfrastruktur 13:21 Foto Video Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəlib Hərbi 13:18 Bakıda 3 nəfər saxlanılıb, onlardan 32 kq narkotik vasitə aşkarlanıb Hadisə 13:16 "Tottenhem" heyətini 2 yarımmüdafiəçi ilə gücləndirmək niyyətindədir Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.