Futbol · APA Sport
Kim Min Je “Bavariya”dan ayrılır?

“Bavariya”nın müdafiəçisi Kim Min Je karyerasını başqa klubda davam etdirə bilər.
Apasport.az xəbər verir ki, cənubi koreyalı futbolçunun xidmətində dörd klub maraqlıdır.
Bu barədə “Sky Sports” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, “Arsenal”, “Milan”, “Tottenhem” və “Aston Villa” artıq 29 yaşlı müdafiəçi üçün Münhen təmsilçisinə təklif göndəriblər.
Kim Min Jenin “Bavariya” ilə müqaviləsi 2028-ci il iyunun 30-na qədər qüvvədədir. Asiyalı futbolçu isə hələlik gələcəyi ilə bağlı yekun qərarını verməyib.
Qeyd edək ki, Kim Min Je karyerası ərzində Cənubi Koreyanın “Dooryonq”, “Yeonço”, “Suvon” və “Jonbuk”, Çinin “Beyjinq Quan”, Türkiyənin “Fənərbaxça” və İtaliyanın “Napoli” klublarında çıxış edib.