"Qalatasaray" "Ştutqart"la matçda fərqlənən Batrakovla müqaviləyə yenidən baxacaq

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol Bakı 18° C USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "Qalatasaray" "Ştutqart"la matçda fərqlənən Batrakovla müqaviləyə yenidən baxacaq Futbol 04 noyabr, 2026 03:54 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin "Qalatasaray" futbol klubunun rəhbərliyi komandanın UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turunda "Ştutqart"la matçda fərqlənən yarımmüdafiəçi Aleksey Batrakovla müqavilədəki əsas bəndi dəyişdirmək qərarına gəlib.
"Report" xəbər verir ki, bu barədə jurnalist Emre Cingilerin "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O, bildirib ki, "Qalatasaray" rəhbərliyi Batrakovla müqavilədəki 55 milyon avroluq sərbəst buraxılış bəndini ya çıxarmaq, ya da məbləği artırmaq istəyir. Oyunçunun nümayəndələrinin danışıqlar aparmaq barədə razılığa gəldiyi bildirilir.
Qeyd edək ki, "Qalatasaray" "Ştutqart"ı 2:0 hesabı ilə məğlub edib. Komanda A.Batrakovun 12 və 15-ci dəqiqələrdə vurduğu qollarla hesabda önə keçib. Rusiyalı futbolçu bu qollarla komandanın tarixinə düşüb.
A.Batrakov "Qalatasaray" tarixində Çempionlar Liqasının matçlarında ardıcıl üç qol vuran ilk yarımmüdafiəçi olub. İyirmi bir yaşlı futbolçu "Ştutqart"la matçın ən yaxşı oyunçusu seçilib.
"Çox xoşbəxtəm. Komanda yoldaşlarıma, məşqçimə, texniki heyətə, tibbi heyətə, azarkeşlərimizə və ailəmə təşəkkür etmək istəyirəm", - A.Batrakov oyundan sonra deyib.
Yarımmüdafiəçi cari mövsümün bütün yarışlarında 12 oyun keçirib, beş qol vurub və üç məhsuldar ötürmə edib.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Sosial şəbəkələrdə paylaşın Kopyalandı В "Галатасарае" намерены изменить условия контракта с Батраковым --> --> --> --> --> USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 18° C Son xəbərlər 04:28 Tramp: ABŞ-nin yaxın vaxtlarda İrana zərbə endirmək planı yoxdur Digər ölkələr 03:54 "Qalatasaray" "Ştutqart"la matçda fərqlənən Batrakovla müqaviləyə yenidən baxacaq Futbol 03:18 NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır Digər ölkələr 02:44 Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq Energetika 02:13 NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib Digər ölkələr 01:55 Çempionlar Liqası: "Qalatasaray", "Barselona" və PSJ qalib gəlib Futbol 01:49 Belqraddan Moskvaya uçan təyyarə təhlükəsizlik səbəbindən geri qaytarılıb Digər ölkələr 01:28 İspaniyanın nəqliyyat naziri Toledodakı qatar faciəsindən sonra istefa verib Digər ölkələr 01:20 Vuçiç: "Tələbə siyahısı" hərəkatının məqsədi Serbiyanın ənənəvi dəyərlərini ləğv etməkdir Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.