Digər · APA Sport
“Şahdağ Qusar” fransalı hücumçu ilə müqavilə imzaladı

“Şahdağ Qusar” yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir.
Apasport.az xəbər verir ki, Qusar təmsilçisi Əlcəzair əsilli fransalı hücumçu İdir Butrifini heyətinə qatıb.
26 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, İdir Butrifinin son klubu Lüksemburqun “Kaerjeng” komandası olub. O, 2023-cü ildən bu klubun formasını geyinib və 61 oyunda 28 qol vurub.