İdman24
Digər · APA Sport

Cüdoçularımızdan Asiya Açıq Turnirinin ilk günündə 8 medal

Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Asiya Açıq Turnirinə start verilib.

Apasport.az xəbər verir ki, Azərbaycan idmançıları yarışın ilk günündə 4 gümüş və 4 bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar.

Nazir Talıbov (-66 kq), Kamran Süleymanov (-73 kq), Fəridə Mirzəyeva (-52 kq) və Ülviyyə Bayramova (-57 kq) finala yüksələrək gümüş medallara sahib olublar.

Rəşad Yelkiyev (-66 kq), Nəriman Mirzəyev və Rüfət Şövlətov (hər ikisi -73 kq), eləcə də Gülnarə Bayramova (-57 kq) isə turniri bürünc medalla başa vurublar.

Qeyd edək ki, iki gün davam edəcək Asiya Açıq Turnirində 7 ölkədən 182 idmançı mübarizə aparır.

Orijinal mənbə

İdman24 əsas səhifə