İdman24
Digər · APA Sport

I Liqa: İlk tura yekun vurulub

Bu gün futbol üzrə Azərbaycan I Liqasında ilk tura yekun vurulub.

Apasport.az xəbər verir ki, sonuncu gündə iki qarşılaşma baş tutub.

“Gəncəbasar” “Şimal”ın qonağı olub. Meydan sahibləri rəqibinə 1:2 hesabı ilə məğlub olub.

“Mingəçevir” isə “Zaqatala” ilə üz-üzə gəlib. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib. Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

17:00. “Şimal” – “Gəncəbasar” 1:2 Hakimlər: Emin Əliyev, Taleh Məmmədov, Elmin Süleymanov, Maqsud Şamıyev

17:00. “Mingəçevir” – “Zaqatala” 2:2 Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Zakir Şükürzadə, Ceyhun Hüseynov.

Orijinal mənbə

İdman24 əsas səhifə