İdman24
Futbol · Report İdman

Azərbaycan millisinin baş məşqçisi Famil Xəlilov: "Bu futbolçulara inanmaq lazımdır"

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri FIFA U-15 Dünya Çempionatı və Festivalı Zəfərə gedən yol Bakı 17° C USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri FIFA U-15 Dünya Çempionatı və Festivalı Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Azərbaycan millisinin baş məşqçisi Famil Xəlilov: "Bu futbolçulara inanmaq lazımdır" Futbol 30 oktyabr, 2026 12:57 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan futbolçularının inkişafı üçün komandaya inanmaq lazımdır.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında U-15 millisinin baş məşqçisi Famil Xəlilov deyib.

Mütəxəssis Əfqanıstanla matç haqqında fikirlərini bildirərkən psixoloji amili vurğulayıb:

"Əlbəttə, yaxşı nəticəyə ümid edirdik. Sadəcə, dünənki ağır məğlubiyyətdən sonra futbolçular psixoloji olaraq toparlana bilmədilər. Təbii ki, onları oyuna kökləməyə çalışdıq, amma təəssüf ki, bəzi məqamlarda yenə boşluqlar hiss olundu".

O, futbolçuların potensialına və turnir təcrübəsinə toxunub:

"Bu futbolçulara, bu nəslə inanmaq lazımdır. Həqiqətən çox istedadlı futbolçulardır. Oyunçuların keyfiyyəti ortadadır. Onların 14-15 yaşları var və belə bir turnirdə ilk dəfə çıxış edirlər. Aramızda ölkədən kənara çıxmayan futbolçular var. 6 gün ərzində 10-cu oyuna çıxmaq onlar üçün ağır təzyiqdir".

Oyunçuların inkişafı üçün beynəlxalq yarışların vacibliyini qeyd edən baş məşqçi klubların da üzərinə iş düşdüyünü bildirib:

"Futbolçuların yetişməsi üçün çoxlu beynəlxalq turnirə ehtiyac var. Kifayət qədər oyunlar keçirməli, daha güclü rəqiblərlə qarşılaşmalıdırlar ki, bu cür hallardan sonra oyuna köklənə bilsinlər. Bunun üçün daha çox turnir təşkil etmək vacibdir".

F.Xəlilov gələcək planlardan söz açıb:

"Rəhbərlik uşaqların ilk beynəlxalq turniri olduğunu nəzərə alaraq bizi dəstəklədi. Çatışmazlıqları bilirik, onların üzərində işləyəcəyik. Bundan sonra vaxtımız olacaq ki, komandanı növbəti il keçiriləcək U-17 Avropa çempionatının seçmə mərhələsinə tam hazırlayaq".

Qeyd edək ki, Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalında 83-cü yer uğrunda matçda Əfqanıstan yığması ilə qarşılaşıb. Hövsan Yarış Kompleksində keçirilən görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Penaltilər seriyasında üstün (3:2) olan rəqib qalib gəlib.

Beləliklə, Azərbaycan yığması mundialı 84-cü pillədə başa vurub.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 14:40 Foto Azərbaycan ilə Liberiya arasında media sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub Daxili siyasət 14:37 Florian Zenqstşmid: "Qarabağ ölkənin turizm məhsullarına əlavə dəyər qatır" Turizm 14:30 İrlandiya Şimali İrlandiya ilə mümkün birləşməyə hazırlıq üçün dövlət orqanı yaradacaq Digər ölkələr 14:18 Azərbaycan Özbəkistanla maliyyə risklərinin idarə edilməsini müzakirə edib Maliyyə 14:18 Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb Hadisə 14:16 Polşada casusluqda şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb Digər ölkələr 14:15 Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb Fərdi 14:07 Foto Ağdamda Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilib - Yenilənib Qarabağ 14:00 İspaniyada barıt zavodunda partlayış olub, xəsarət alanlar var Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə