İdman24
Döyüş İdmanı · Report İdman

Vətən Müharibəsi Qəhrəmanının döyüş yolu: 32 döyüşçü ilə düşmənin yüzlərlə hərbçisini məhv etdik - Müsahibə

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri FIFA U-15 Dünya Çempionatı və Festivalı Zəfərə gedən yol Bakı 18° C USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri FIFA U-15 Dünya Çempionatı və Festivalı Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Vətən Müharibəsi Qəhrəmanının döyüş yolu: 32 döyüşçü ilə düşmənin yüzlərlə hərbçisini məhv etdik - Müsahibə Qarabağ 31 oktyabr, 2026 12:00 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. Bu zəfərin qazanılmasında pay sahibi olan Xüsusi Təyinatlı Qüvvələrin cəsur mənsubları, göstərdikləri misilsiz şücaətlə adlarını hərb tarixinə qızıl hərflərlə həkk ediblər. Uşaqlıq illərində qəlbində alovlanan vətənpərvərlik hissi və hərbi formaya olan sevgisi ilə bu şərəfli yolu seçən qəhrəmanımız Murovdağdan başlayaraq Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində ağır döyüş yolları keçib. O, çətin relyef şəraitində icra olunan strateji əməliyyatlardan, döyüş meydanındakı unudulmaz xatirələrdən və qazandıqları parlaq qələbənin mənəvi qürurundan danışıb.

"Report" Vətən Müharibəsi Qəhrəmanı, ehtiyatda olan zabit Cavid Behbudovla müsahibəni təqdim edir.

– Necə oldu ki, hərb sənətini seçdiniz?

– Mən Culfa rayonunun Qızılca kəndində anadan olmuşam. Rayonumuz qışda soyuq, yayda isə ən isti rayondur. Bunu ona görə vurğulayıram ki, təhsil aldığım dövrdə Xocalı soyqırımı, 20 Yanvar faciəsi və rayonlarımızın işğalı ilə bağlı tədbirlər keçirilirdi. Həmin tədbirlərdə yaşadığımız hadisələrin mahiyyətini dərinliyi ilə dərk edirdik. Bu proses məndə uşaqlıqdan düşmənə qarşı nifrət və torpaqlarımızı azad etmək istəyi formalaşdırırdı. Zaman keçdikcə bu hisslər daha da gücləndi. Düşünürdüm ki, hərbçi olub bu faciələrin qarşısının alınmasında və işğal altında olan torpaqlarımızın azad edilməsində iştirak etmək çox şərəfli olardı. Hərbi formanı seçməyimin əsas səbəblərindən biri də məhz bu düşüncələr idi.

- Qayıdaq 6 il əvvələ - Vətən Müharibəsinin başladığı günə. Həmin gün bir Azərbaycan zabiti, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu kimi hansı hissləri keçirdiniz?

– 2020-ci ilin 27 sentyabrına qədər Xüsusi Təyinatlı Qüvvələrin mənsubu kimi hər an hər şeyə hazır idik. Şükürlər olsun ki, biz bu şərəfli tapşırığın öhdəsindən gəldik.

Vətən Müharibəsi Qəhrəmanının döyüş yolu: 32 döyüşçü ilə düşmənin yüzlərlə hərbçisini məhv etdik - Müsahibə

– Döyüş yolunuz hansı istiqamətdən başladı?

– İlkin olaraq döyüş yolumuz Murovdağ silsiləsi istiqamətində başladı. Düşmənin hücumunun qarşısını alaraq əks-hücuma keçdik. Sürətli şəkildə düşmənin ilk postlarını tutduq, daha sonra isə növbəti tapşırığı gözlədik.

– Füzuli rayonu istiqamətinə keçdik. Komandanlığın tapşırığına əsasən, qrupumuz Füzulinin kəndlərindən başlayaraq Cəbrayıl rayonu istiqamətində döyüş tapşırıqlarının icrasına başladı. Düşmənin "Ohanyan səddi" adlandırdığı xətti sürətlə yardıq. Cəbrayıl istiqamətində kəndlərimizi düşmən tapdağından azad etdik. Təsəvvür edin ki, bir gündə 20 kilometrdən çox məsafə qət etdiyimiz vaxtlar olurdu, çünki əməliyyatları böyük sürətlə icra edirdik. Oktyabrın 4-də Cəbrayıl şəhərini azad etdik. Növbəti istiqamətimiz yenidən Füzuli rayonu oldu.

- Müharibədə iştirak edənlər bildirirlər ki, Füzuli istiqamətində döyüşlər daha ağır keçib. Çünki düşmən 30 il ərzində orada keçilməz müdafiə sədləri qurmuşdu. Siz bu barədə nə deyə bilərsiniz?

– Ərazinin relyefi düşmənə müdafiə xətti qurmağa şərait yaradırdı. Çünki orada meşə örtüyü yox idi, demək olar ki, düzənlik sahə idi; xırda arxlar, dərələr və kiçik təpəliklər var idi. Harada hündürlük var idisə, düşmən orada müdafiə xətti yaratmışdı. Onlar 30 il boyunca yalnız müdafiə olunmaq haqqında düşünüblər. Harada zəif yerləri var idisə, hamısını möhkəmləndirmişdilər. Füzulidə bizim mövqelərin üstü əksərən açıq olduğu halda, onlar səngərlərin üstünü betonlayıb, üzərini də torpaq qatı ilə örtmüşdülər. Bu da artilleriya atəşinin təsirini azaldırdı. Həmin ərazilərdə atəş sektorları açıq-aydın görünürdü. Bütün bunlara baxmayaraq, biz düşmənin atəş nöqtələrini müəyyən edib onları məhv edirdik.

– Qızğın döyüşlər zamanı təcrübəli zabit kimi qrupunuzu, döyüş yoldaşlarınızı necə motivasiya edirdiniz? Tapşırıqları icra edəndə onları necə ruhlandırırdınız?

– Keçdiyim kurslarda və təlimlərdə bir əsas prinsip var idi: xüsusi təyinatlı döyüş zamanı birinci özündən çox döyüş yoldaşlarını düşünməlidir. Yalnız özünü düşünən şəxs yaralana da bilər, şəhid də olar. Mən özümdən çox qrupumu, döyüş yoldaşlarımı düşünürdüm. İstəmirdim ki, heyətdən kimsə yaralansın və ya şəhid olsun. Qrup komandiri kimi onları öz canımdan əziz tuturdum. Mütəmadi söhbətlər aparırdıq, Qarabağın azad olunmasını mənəvi borcumuz bilirdik. Bütün qrup bu amalı şüuruna həkk etmişdi.

– Vətən Müharibəsi zamanı ən çətin tapşırığınız hansı olub?

– Ərazi relyefi baxımından birinci Murovdağ silsiləsini qeyd edərdim. Çünki orada yüksəklikdə yerləşən postumuzdan sürətlə aşağı enib, sonra düşmənin eyni hündürlükdəki postuna qalxmalı idik. Havanın soyuqluğu, təzyiq dəyişikliyi və ərazinin mürəkkəbliyi istər-istəməz adama təsir edir. Üstəlik, üzərimizdəki təchizat da ağır idi. Ən böyük yük isə üzərimizdəki məsuliyyət idi. Bütün bunlara baxmayaraq, tapşırıqları uğurla icra etdik. Füzulidə də əməliyyatlar çətin keçirdi, çünki düzənlik ərazidə gizlənmək, maskalanmaq mürəkkəb idi və ərazi sıx minalanmışdı. Lakin bunlar qarşımızda əngəl ola bilmədi, bütün çətinlikləri dəf edərək məqsədimizə çatdıq.

– Biz bir vaxtlar işğal tarixini dərsliklərdən öyrənirdik, siz isə o torpaqları addım-addım azad etdiniz. Kəndləri, qəsəbələri azad edərkən hansı hissləri keçirirdiniz? Cəbrayıl, Füzuli azad olunanda keçirdiyiniz emosiyalar maraqlıdır...

– Ümumiyyətlə, mən yaralanandan sonra xəstəxanada televizorda kəndlərimizin azad ol

Orijinal mənbə

İdman24 əsas səhifə