Digər · APA Sport
Daha 5 il "Siti"də - RƏSMİ

“Mançester Siti” futbolçusu Jeremi Doku ilə müqavilənin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, İngiltərə klubu Belçika millisinin 24 yaşlı vingeri ilə yeni sözləşmə imzalayıb.
Müqavilə 2031-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edık ki, Doku 2023-cü ildən “Mançester Siti”nin formasını geyinir. O, ötən mövsüm Premyer Liqada 30 oyuna çıxıb, 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.