Digər · APA Sport
Lisandro Martinez: “Qızım dünyaya gəlməsəydi...”

Argentina millisinin müdafiəçisi Lisandro Martinez DÇ-2026-nın 1/16 finalında Kabo-Verde (3:2) ilə oyundan sonra emosional açıqlama verib.
Apasport.az xəbər verir ki, 28 yaşlı futbolçu ağır zədə dövrünü xatırlayıb.
“Zədəmi düşündükcə gözlərim dolur. O günlərdə nə vəziyyətdə olduğumu, həyatımın hara doğru getdiyini belə bilmirdim. Əgər zədələndiyim dövrdə qızım dünyaya gəlməsəydi, bəlkə də bu gün burada olmayacaqdım. Amma indi dünya çempionatında qol vurdum, çox xoşbəxtəm”, - deyə Martinez bildirib.
Qeyd edək ki, Lisandro Martines Kabo-Verde ilə oyunda Argentina millisinin 2-ci qolunu vurub.