İdman24
Futbol · Report İdman

Naxçıvanda ilk dəfə təşkil olunan Minifutbol Kubokuna yekun vurulub

İlham Əliyev Bilik günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 27° C USD - 1.700 EUR - 1.963 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Bilik günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Naxçıvanda ilk dəfə təşkil olunan Minifutbol Kubokuna yekun vurulub Futbol 16 sentyabr, 2026 11:49 Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kubokuna yekun vurulub.

"Report" un məlumatına görə, iki aya yaxın davam edən yarışın finalında "Cahan MFK"nı 6:5 hesabı ilə məğlub edən "Prestij MFK" qalibi adını qazanıb.

Qələbə sayəsində "Prestij MFK" eyni zamanda minifutbol üzrə Azərbaycan çempionatının 2026/2027 mövsümünün pley-off mərhələsinə vəsiqə qazanıb.

Final qarşılaşmasından sonra turnirin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Naxçıvanın gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov, Naxçıvan Futbol Federasiyasının vitse-prezidenti Arif Xudiyev və digər rəsmi qonaqlar iştirak ediblər.

Mükafatlandırma mərasimində turnirin qalibi "Prestij MFK"ya kuboku Orxan Məmmədov təqdim edib.

Qeyd edək ki, 14 iyul – 15 sentyabr tarixlərini əhatə edən turnir Azərbaycan Minifutbol Federasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Uzunoba Təlim-Məşq Bazasında təşkil olunan yarışda 20 komanda mübarizə aparıb, qarşılaşmalar yerli hakimlər tərəfindən idarə olunub.

Turnirin üçüncü yeri uğrunda görüşdə "XOK MFK" texniki qələbə qazanaraq bürünc medala sahib olub.

Yarışın yekunlarına əsasən fərdi nominasiyalar üzrə də qaliblər müəyyənləşib. "Araz Naxçıvan"ın üzvü Bilal Nağıyev turnirin ən yaxşı qapıçısı, "Cahan MFK"nın futbolçusu Əsgər Əsgərov ən yaxşı oyunçusu seçilib, Samir Kərimov isə ən məhsuldar futbolçu olub.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.963 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 27° C Son xəbərlər 13:46 "Ayaks" Mali millisinin üzvü İv Bissumanı heyətinə qatdığını açıqlayıb Futbol 13:43 Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib Region 13:37 Sudanda qızıl mədəni çöküb, azı 60 nəfər ölüb Digər ölkələr 13:36 Çin İran və ABŞ-ni İslamabad memorandumuna qayıtmağa çağırır Digər ölkələr 13:30 Yaşar Sarı: "Orta Dəhliz kritik faydalı qazıntıların Qərb bazarlarına nəqlində yeganə əlverişli marşrutdur" İnfrastruktur 13:21 Qazaxıstanlı ekspert: "Orta Dəhlizin rəqabət qabiliyyəti öz keyfiyyətinə əsaslanmalıdır" İnfrastruktur 13:21 Yuri Qusev: Azərbaycanla kənd təsərrüfatı sahəsində tərəfdaşlıq ərzaq təhlükəsizliyini möhkəmləndirəcək Xarici siyasət 13:21 Foto Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar Fərdi 13:19 Türk dünyası Azərbaycana strateji dərinlik, Qafqaz regional çəki, İslam dünyası iqtisadi-siyasi imkanlar verir - RƏY Daxili siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə