AFFA Premyer Liqa klublarını CƏZALANDIRIB

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul edilib:
20.11.2026-cı il tarixində Misli Premyer Liqasında XII turun “Sumqayıt”– “Sabah” oyununun 33-cü dəqiqəsində “Sumqayıt” komandasının 55 nömrəli futbolçusu Lukas Blek ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7);
21.11.2026-cı il tarixində Misli Premyer Liqasında XII turun “Şamaxı”– “Turan Tovuz” oyununun ilk hissəsi bitdikdən sonra “Şamaxı” komandasının məşqçisi Araz Bağırov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Şamaxı” komandası 8000 manat cərimə edilsin (maddə 52.3);
21.11.2026-cı il tarixində Misli Premyer Liqasında XII turun “Şamaxı”– “Turan Tovuz” oyununun ilk hissəsi bitdikdən sonra “Turan Tovuz” komandasının məşqçisi Yunis Hüseynov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Turan Tovuz” komandası 8000 manat cərimə edilsin (maddə 52.3);
21.11.2026-cı il tarixində Misli Premyer Liqasında XII turun “Şamaxı”– “Turan Tovuz” oyununun 75-ci dəqiqəsində “Turan Tovuz” komandasının 7 nömrəli futbolçusu Xorxe Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 3 oyun oyuna buraxılmasın, “Turan Tovuz” komandası 3000 manat cərimə edilsin. Sınaq müddəti 6 ay təyin edilsin (maddə 45.1, 19.2);
19.11.2026-cı il tarixində I Liqada VIII turun MOİK – “Səbail” oyununun 75-ci dəqiqəsində “Səbail” komandasının 20 nömrəli futbolçusu Ezekiel Morqan ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Səbail” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);
20.11.2026-cı il tarixində I Liqada VIII turun “Şimal” – “Zaqatala” oyununun 89-cu dəqiqəsində “Zaqatala” komandasının 70 nömrəli futbolçusu İbrahim Ramazanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Zaqatala” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);
22.11.2026-cı il tarixində II Liqada XII turun “Ağstafa Gəncləri” – “Hypers” oyununun 88-ci dəqiqəsində “Ağstafa Gəncləri” komandasının 1 nömrəli futbolçusu Elgün Əmiraslanov hakimi təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Ağstafa Gəncləri” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
22.11.2026-cı il tarixində II Liqada XII turun “Ağstafa Gəncləri” – “Hypers” oyununda “Ağstafa Gəncləri” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
22.11.2026-cı il tarixində II Liqada XII turun “Şirvan” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” komandasında 7 nəfər sarı vərəqə aldığı üçün “Qaradağ Lökbatan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
23.11.2026-cı il tarixində II Liqada XII turun “Şəmkir” – “Ağdaş” oyununda “Ağdaş” komandasının cəzalı rəsmisi Ruslan Hüseynov hakimlərə təzyiq göstərdiyinə görə cəzasının üzərinə 4 oyun əlavə edilsin, “Ağdaş” komandası 600 manat cərimə edilsin (maddə 52.3);
21.11.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilmiş Araz Naxçıvan PFK – European FA oyununda Araz Naxçıvan PFK komandasının 17 nömrəli futbolçusu Novruz Novruzlu rəqib komandanın futbolçusuna zərbə endirdiyinə görə təcavüzkar davranış səbəbindən qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın (maddə 45.1);
21.11.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilmiş Araz Naxçıvan PFK – European FA oyununda Araz Naxçıvan PFK komandasının 34 nömrəli futbolçusu Hüseyn Hüseynli rəqib komandanın futbolçusuna zərbə endirdiyinə görə təcavüzkar davranış səbəbindən qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın (maddə 45.1);
21.11.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilmiş Araz Naxçıvan PFK – European FA oyununda European Football Academy komandasının 14 nömrəli futbolçusu Məhəmməd Cəfərli rəqib komandanın futbolçusuna zərbə endirdiyinə görə təcavüzkar davranış səbəbindən qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın (maddə 45.1);
21.11.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilmiş Araz Naxçıvan PFK – European FA oyununda Araz Naxçıvan PFK komandasının 3 nömrəli futbolçusu Amil Ağayev dava hadisəsinə qarışdığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın (maddə 48.2);
21.11.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilmiş Araz Naxçıvan PFK – European FA oyununda Araz Naxçıvan PFK komandasının 7 nömrəli futbolçusu Ramal Qədəşiyev dava hadisəsinə qarışdığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın (maddə 48.2);
21.11.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilmiş Araz Naxçıvan PFK – European FA oyununda European Football Academy komandasının 6 nömrəli futbolçusu Natiq Allahverdiyev dava hadisəsinə qarışdığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın (maddə 48.2);
21.11.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilmiş Araz Naxçıvan PFK – European FA oyununda European Football Academy komandasının 7 nömrəli futbolçusu Rizvan Ağasənov dava hadisəsinə qarışdığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın (maddə 48.2);
21.11.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilmiş Araz Naxçıvan PFK – European FA oyununda European Football Academy komandasının heyətində çıxış edən 4 nömrəli futbolçu Amir Məmmədov qarşılaşmanın 84-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5);
21.11.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilmiş Araz Naxçıvan PFK – European FA oyunundan sonra European Football Academy komandasının baş məşqçisi Sənan Hüseynli hakimlərə qarşı qeyri-etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 5 (beş) oyuna buraxılmasın (maddə 52.4);
22.11.2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilmiş Neftçi PFK – Zirə PFK oyununda Zirə PFK komandasının heyətində çıxış edən 3 nömrəli futbolçu Kərim Hacıyev qarşılaşmanın 69-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı və