Formula 1 · F-1.az
Lyuis Həmilton etiraf edib ki, Zandfortda emosiyaya qapılıb

Yarış zamanı Lyuis Həmilton radio danışıqlarında komandanın ləngliyindən narazı qalmışdı. Komanda Şarl Leklerə onu irəli buraxmaq tapşırığını dərhal verməmişdi. Finişdən sonra isə yeddiqat dünya çempionu açıq şəkildə bildirmişdi ki, “Şarlın arxasında ilişib qalaraq bir neçə saniyə itirdim” və həmin saniyələr “həlledici əhəmiyyət daşıyırdı”. Bununla da o, əldən verilmiş podiuma eyham vurmuşdu.