İdman24
Futbol · Report İdman

Firuz Abdulla: "Bakı Olimpiya Stadionunun ot örtüyü ilə bağlı işlər oyun gününədək davam edəcək"

İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı Bakı 22° C USD - 1.700 EUR - 1.909 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Firuz Abdulla: "Bakı Olimpiya Stadionunun ot örtüyü ilə bağlı işlər oyun gününədək davam edəcək" Futbol 09 oktyabr, 2026 16:45 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Bakı Olimpiya Stadionunda (BOS) ot örtüyü ilə bağlı müvafiq işlər oyun gününədək davam etdiriləcək.

Bu barədə "Report" un sorğusuna cavab olaraq BOS-un İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili şöbəsinin müdiri Firuz Abdulla açıqlama verib.

O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçirilməsi planlaşdırılan "Sabah" - "Slaviya" matçından əvvəl qazonun təxminən 3 həftəyə yeniləndiyini söyləyib:

"Bakı Olimpiya Stadionunun ot örtüyünün yenilənməsi prosesi ümumilkdə təxminən 3 həftəlik müddəti əhatə edib. Örtüyün yenilənmə prosesi zamanı UEFA nümayəndələrinin səfəri olub. Amma bunu təkcə qazonla bağlı məsələlərlə əlaqələndirmək doğru olmazdı. Çünki UEFA rəsmilərinin səfəri ümumilikdə Çempionlar Liqası oyunlarına hazırlıq prosesi ilə əlaqədar olub. Oyun gününə qədər ot örtüyü ilə bağlı müvafiq işlər davam etdiriləcək. Proses təkcə ilk oyun deyil, digər qarşılaşmalara qədər olan müddətdə də həyata keçiriləcək".

F.Abdulla Bakı Olimpiya Stadionunda digər işlərin də görüldüyünü diqqətə çatdırıb:

"Təbii ki, hansısa oyuna hazırlıq işləri təkcə ot örtüyünün bərpası, yenilənməsi və ya texniki qulluq işləri ilə məhdudlaşmır. Söhbət Çempionlar Liqası kimi mötəbər turnirdən gedirsə, qarşılaşmaların keçirilməsi üçün çoxsaylı tələblər mövcuddur və bu istiqamətdə zəruri işlər görülüb və görülməkdədir".

Xatırladaq ki, "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci matçını Bakı Olimpiya Stadionunda keçirəcək. "Bayquşlar" oktyabrın 13-də Çexiyanın "Slaviya" komandasını qəbul edəcək.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано Газон Бакинского олимпийского стадиона обновили перед матчем "Сабах"-"Славия" --> --> --> --> --> USD - 1.700 EUR - 1.909 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 17:52 Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib Futbol 17:47 Foto Frankfurt sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı geniş təqdim olunub Ədəbiyyat 17:45 Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik Xarici siyasət 17:39 Foto Azərbaycan Yaponiya ilə Hiroşima Süni İntellekt Prosesində iştirakı müzakirə edib İKT 17:37 Ukraynanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb Region 17:36 Foto Azərbaycanın buz üstündə rəqs cütlüyü beynəlxalq yarışda bürünc medal qazanıb Fərdi 17:35 Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər Region 17:32 Son bir həftədə yaşıllıqlara 32 min manatdan çox ziyan dəyib Ekologiya 17:31 İran Milli Bankının Bakı filialının mənfəəti 28 %-dən çox azalıb Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə