"Qalatasaray"ın stadionunda problem bitmir: Ot örtüyü yenə dəyişəcək

“Qalatasaray” rəhbərliyi RAMS Park stadionunun ot örtüyündə yaranan problemləri birdəfəlik aradan qaldırmaq üçün yeni plan hazırlayıb.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi hazırda meydançanın bərpası istiqamətində işlər aparsa da, ilin sonunda ot örtüyünü yenidən dəyişdirməyi planlaşdırır.
Bu dəfə yeni ot örtüyü xaricdən sifariş ediləcək. Meydançanın daha davamlı olması üçün hibrid ot texnologiyasından istifadə olunacaq.
Hazırda milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən klub stadionda intensiv bərpa işləri aparır. Meydançanın vəziyyətini yaxşılaşdırmaq üçün gübrələmə və ot əkilməsi işləri həyata keçirilir.
RAMS Parkın ot örtüyü son vaxtlar ciddi şəkildə zədələnib. Xüsusilə Viktor Osimhen və Rafael Leaonun sıradan çıxmasından sonra futbolçuların zədələri meydançanın pis vəziyyəti ilə əlaqələndirilib.
Lakin klubun vitse-prezidenti Mehmet Cibara bu iddiaları təkzib edərək hər iki futbolçunun zədəsinin ot örtüyündən qaynaqlanmadığını bildirib.
Qeyd edək ki, “Qalatasaray” stadionun ot örtüyünü daha əvvəl də yeniləyib. Lakin görülən tədbirlər uzunmüddətli nəticə verməyib.