Futbol · APA Sport
“Səbail”in yay hazırlıq planı müəyyənləşib

“Səbail” 2026/2027 mövsümünə hazırlığa iyulun 27-də start verəcək.
Apasport.az xəbər verir ki, komanda baş məşqçi Elnur Abdullayevin rəhbərliyi altında təlim-məşq toplanışının ilk mərhələsini Bakıda keçirəcək.
Paytaxt təlim-məşq toplanışından sonra “Səbail” hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq. Komanda avqustun 10-dan 25-dək Bolu bölgəsində təlim-məşq toplanışında olacaq. Bakı təmsilçisi bu müddət ərzində “Bolu Termal Hotel”də məskunlaşacaq.
Hazırlıq proqramı çərçivəsində bir neçə yoxlama oyununun keçirilməsi planlaşdırılır. Qarşılaşmaların tarixləri və rəqibləri dəqiqləşdikdən sonra klub tərəfindən əlavə məlumat veriləcək.