İdman24
Futbol · APA Sport

FIFA reytinqi açıqlandı – Azərbaycan və Türkiyə gerilədi

FIFA kişi milli komandalarının yeni dünya reytinq cədvəlini açıqlayıb.

Apasport.az xəbər verir ki, 2026-cı il dünya çempionatının nəticələri əsasında yenilənən siyahıda çempion İspaniya birinci pilləyə yüksəlib. Finalçı Argentina ikinci, Fransa isə üçüncü sırada qərarlaşıb. FIFA reytinqin iyulun 20-də yeniləndiyini açıqlayıb.

1. İspaniya 2. Argentina 3. Fransa 4. İngiltərə 5. Braziliya 6. Mərakeş 7. Portuqaliya 8. Belçika 9. Niderland 10. Meksika

Türkiyə millisi 5 pillə geriləyərək 22-ci yerdən 27-ci sıraya, Azərbaycan yığması isə 2 pillə geriləyərək 124-cü yerdən 126-cı pilləyə düşüb.

Qeyd edək ki, FIFA reytinqinin növbəti rəsmi yenilənməsi oktyabrın 7-də açıqlanacaq

Orijinal mənbə

İdman24 əsas səhifə