İdman24
Futbol · APA Sport

"Araz-Naxçıvan"da yeni müqavilə - RƏSMİ

"Araz-Naxçıvan" son iki mövsümdə komandanın heyətində çıxış edən İssouf Paro ilə müqavilənin müddətini uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.

Mərkəz müdafiəçisi 2026/27 mövsümündə də "qırmızı-ağlar"ın formasını geyinəcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Orijinal mənbə

İdman24 əsas səhifə