İdman24
Futbol · Report İdman

FIFA rəsmisi Pyerluici Kollina: "Bakıdakı U-15 dünya çempionatı və festivalı möhtəşəm hadisədir"

İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 17° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika FIFA rəsmisi Pyerluici Kollina: "Bakıdakı U-15 dünya çempionatı və festivalı möhtəşəm hadisədir" Futbol 28 oktyabr, 2026 11:42 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında 189 komandanın mübarizə aparması gənc futbolçular üçün unudulmaz təcrübədir.

Bunu "Report" a açıqlamasında FIFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina deyib.

O, turnirin təşkilatçılığını və yaradılan şəraiti yüksək qiymətləndirib:

"Dünyanın hər yerindən gələn gənc futbolçuların burada bir araya gəlməsi və təcrübə qazanması möhtəşəmdir. Onların bir çoxu ilk dəfədir xaricə səfər edir. Bəziləri üçün bu, həyatlarının ən unudulmaz təcrübəsi olacaq. Üç ay əvvəl bu ərazidə heç nə yox idi, indi isə belə müasir idman kompleksi fəaliyyət göstərir".

P.Kollina yarışda ədaləti qoruyan azərbaycanlı hakimlərin əməyini də xüsusi vurğulayıb:

"Onların əməyi olmasaydı, bu yarış baş tutmazdı. Hakimlər böyük məsuliyyətlə çalışır, gündə iki-üç matç idarə edirlər. Göstərdikləri dəstəyə görə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına və yerli hakimlərə təşəkkür edirəm".

İtaliyalı sabiq FIFA referisi Bakıya dəfələrlə səfər etdiyini diqqətə çatdırıb:

"Hər dəfə bura gələndə müsbət dəyişikliklərin şahidi oluram. Bakıda hər şey yaxşılığa doğru dəyişir".

Xatırladaq ki, mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 12:42 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub Digər 12:42 Allahşükür Paşazadə: Dini mərkəzlər arasında əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir Din 12:38 Ramin Məmmədov: Azərbaycan dini və mədəni müxtəlifliyə malik ölkə kimi özünü sübut edib Mədəniyyət siyasəti 12:31 Zelenski Əbu-Dabidə ABŞ və Rusiya danışıqlar qrupları ilə görüş keçirməyi təklif edib Region 12:25 Foto Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib Futbol 12:25 Vladimir Fekete dini liderləri dindarlar arasında qarşılıqlı hörmət mühitinin gücləndirilməsinə çağırıb Din 12:20 Azərbaycanda KOB-ların "yaşıl enerji" şəbəkəsinə qoşulması üçün əsas şərt açıqlanıb Energetika 12:19 Bu bank minimum 8,5 %-lə kredit təklif edir Maliyyə 12:17 Zelenski: Hər ay "Patriot" üçün cəmi 12 raket alırıq, ehtiyacımız isə bundan çoxdur Region Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə