Futbol · APA Sport
"Araz-Naxçıvan"ın futbolçusu milliyə dəvət alıb

"Araz-Naxçıvan"ın hücumçusu Sudi Abdallah Burundi millisinə dəvət olunub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ölkəsinin sentyabrın 25-də səfərdə Toqo, 4 gün sonra – ayın 29-da doğma meydanda Əlcəzairlə keçirəcəyi oyunlar üçün açıqlanan siyahıya daxil edilib.
Dəvətə əsasən, forvard sentyabrın 21-dən oktyabrın 6-dək millinin düşərgəsində olacaq.