Formula 1 · F-1.az
Rassell mühərrikin nə vaxt daha bir dəfə dəyişdiriləcəyini açıqlayıb

Corc Rassell Sinqapurda güc qurğusunun dəyişdirilməsinə görə aldığı cərimə səbəbindən 19-cu yerdən start alıb, lakin bu mövsüm onun üçün güc qurğusunun dəyişdirilməsinə görə sonuncu cəza deyil. Mercedes sürücüsü daha əvvəl də demişdi ki, onun güc qurğusu bir daha dəyişdiriləcək və Sinqapur həftəsonundan sonra bunun böyük ehtimalla hansı mərhələdə baş verəcəyini açıqlayıb.