Digər · APA Sport
“Xankəndi” doğma arenada ilk oyununa çıxacaq - YENİLƏNİR

Bu gün Azərbaycan I Liqasında VIII tura start veriləcək.
Apasport.az xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma keçiriləcək.
MOİK “Səbail”i, “Mingəçevir” isə “Baku Sportinq”i qəbul edəcək.
Günün əsas oyunu Xankəndidə baş tutacaq. Şəhərin eyniadlı təmsilçisi ilk dəfə bu arenada meydana çıxacaq. Komandanın rəqibi “Karvan-Yevlax” olacaq.
14:00 MOİK – "Səbail" 14:30 "Mingəçevir" – "Baku Sportinq" 16:00 "Xankəndi" – "Karvan-Yevlax"