İdman24
Futbol · Report İdman

"Xankəndi"nin yeni baş məşqçisi Röyal Nəcəfov: "Komandada fiziki və psixoloji problemlər var idi"

İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) Bakı 23° C USD - 1.700 EUR - 1.926 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Xankəndi"nin yeni baş məşqçisi Röyal Nəcəfov: "Komandada fiziki və psixoloji problemlər var idi" Futbol 30 sentyabr, 2026 13:14 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Xankəndi" komandasında fiziki və psixoloji problemlər olub.

Bu barədə "Report" a bölgə təmsilçisinin yeni baş məşqçisi Röyal Nəcəfov açıqlama verib.

Mütəxəssis komandadakı çatışmazlıqlara toxunub:

"Heyətdə mövqelər baxımından futbolçu keyfiyyəti yaxşıdır. Amma biz gələndə komandada fiziki və psixoloji problemlər var idi. Bunları zamanla həll etməyə çalışırıq. Bir az da say baxımından az futbolçumuz var. Heyətə yeni futbolçular qatmaq istəyirik. Bunları gerçəkləşdirəndən sonra hədəfə çata bilərik".

R.Nəcəfov klubla danışıqlar barədə də danışıb:

"Danışıqlar bir az vaxt apardı. Amma sonra ortaq məxrəcə gələ bildik. Bu mövsüm üçün ilk növbədə komandanı I Liqada saxlamaq, əzmkar, mübariz kollektiv formalaşdırmaq istəyirik. Bacardığımız qədər yuxarı pillələrə qalxmaq da məqsədimizdir. Növbəti illərdə hədəf daha böyük olacaq. Hər kəsin hədəfi ən yüksək olur. Məndə də elədir. Azla kifayətlənmək istəmirik. Yuxarı pillələrdə yer almaq üçün əlimizdən gələni edəcəyik".

Xatırladaq ki, "Xankəndi" Röyal Nəcəfovla mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.926 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 23° C Son xəbərlər 15:41 "ADEX 2026"da Türkiyənin "CANİK M3 FALCON" ağır pulemyotu ilk dəfə nümayiş olunur Hərbi 15:41 Azərbaycanda 2 istehsal obyektində aksizli mallara dair pozuntular aşkarlanıb Biznes 15:38 Britaniyanın müdafiə naziri: Azərbaycanla dostluğu davam etdirməkdə maraqlıyıq Xarici siyasət 15:35 Azərbaycanda məsafədən verilən kreditlərə dair yeni tələblər sabahdan qüvvəyə minir Maliyyə 15:35 İlham Əliyev müasir silahların ölkəyə gətirilməsi ilə bağlı Birləşmiş Krallıqla tərəfdaşlığın önəmini qeyd edib Xarici siyasət 15:34 Deputat: "Satınalmalarla bağlı qanunvericiliyə köklü dəyişikliklər ediləcək" Biznes 15:34 İrlandiyada 18 minə yaxın ev və müəssisə işıqsız qalıb Digər ölkələr 15:30 Quba-Xəzəryanı zonasında neft-qaz ehtiyatlarının dəqiq həcmi müəyyənləşdiriləcək Energetika 15:26 Terrorla mübarizə ilə bağlı Cinayət və Cinayət-Prosessual məcəllələrinə dəyişikliklər ilk oxunuşdan keçib Daxili siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə