Digər · APA Sport
Azərbaycan millisi finala yüksəldi

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət "Birləşmiş Futbol" komandası Fransanın paytaxtı Parisdə keçirilən "Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku 2026" turnirinin finalına vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, bu barədə komitənin mətbuat xidməti məlumat yayıb.
Milli komanda yarımfinalda Fildişi Sahili yığmasını 6:0 hesabı ilə məğlub edib.
Digər yarımfinal qarşılaşmasında ABŞ millisi Honq Konq yığmasına 5:0 hesabı ilə qalib gəlib. Beləliklə, Azərbaycan komandası həlledici görüşdə ABŞ kollektivi ilə qarşılaşacaq.