U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı

AFFA-nın bayrağı altında təşkil edilən Gənclər Liqası və U-17 Liqada 2026/2027-ci illər mövsümünün püşkü atılıb.
Apasport.az xəbər verir ki, püşkatma mərasimi AFFA-nın inzibati binasında keçirilib.
Hər iki liqa 14 komandanın iştirakı ilə keçiriləcək. Komandalar A və B qruplarına bölünüblər. Hər qrupda 7 komanda mübarizə aparacaq.
Liqalarda 1-ci turun oyunları avqustun 22-23-də keçiriləcək. Gənclər Liqasında 1-ci turun təqvimi A qrupu
“Qəbələ” – “Sumqayıt” “Sabah” – “Qarabağ” “Zirə” – “Araz-Naxçıvan” Qeyd: “Neftçi” turu buraxacaq. B qrupu
“Şəfa” – “Dinamo” (Bakı) “Turan Tovuz” – “İmişli” “Şamaxı” – “Lion” Qeyd: “Kəpəz” turu buraxacaq. U-17 Liqada 1-ci turun təqvimi A qrupu
“Sabah” – “Qarabağ” “Zirə” – “Qəbələ” “Sumqayıt” – “Turan Tovuz” Qeyd: “Neftçi” turu buraxacaq. B qrupu
“Şəfa” – “Dinamo” (Bakı) “Şamaxı” – “İmişli” “Araz-Naxçıvan” – “Kəpəz” Qeyd: EFA turu buraxacaq.