İdman24
Döyüş İdmanı · APA Sport

Millimiz dünya ikincisi oldu

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

Apasport.az xəbər verir ki, 2 qızıl və 1 gümüş medal qazanan millimiz 104 xal toplayaraq komanda hesabında dünya ikincisi olub. İran (192) birinci, Özbəkistan (80) isə üçüncü olub.

Xatırladaq ki, millinin baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçilər Rövşən Bayramov, Sabah Şəriəti, Rəsul Cəzini və Bəhruz Həzrətipurun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.

Orijinal mənbə

İdman24 əsas səhifə