İdman24
Futbol · APA Sport

Ronaldonun oğlu milliyə çağırıldı - İlk dəfə

Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldonun oğlu Kriştiano Ronaldo Junior ilk dəfə ölkənin U-17 yığmasına dəvət alıb.

Apasport.az xəbər verir ki, 16 yaşlı hücumçu Avropa çempionatının seçmə mərhələsi üçün açıqlanan 23 nəfərlik heyətə daxil edilib.

Baş məşqçi Filipe Ramosun rəhbərlik etdiyi komanda noyabrın 11-də Andorra, 14-də Bolqarıstan, 17-də isə Serbiya ilə qarşılaşacaq.

Hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun aşağı yaş qrupunda çıxış edən Ronaldo Junior daha əvvəl Portuqaliyanın U-15 və U-16 yığmalarında da forma geyinib. O, həmin komandalarda ümumilikdə 13 oyuna çıxaraq 5 qol vurub.

Gənc futbolçu cari mövsümdə “Əl-Nəsr”in aşağı yaş qrupunda keçirdiyi 7 qarşılaşmada 3 dəfə fərqlənib.

Orijinal mənbə

İdman24 əsas səhifə