Formula 1 · F-1.az
Lando Norris: Bəxt bizim tərəfdə olmadı

Lando Norris İspaniya Qran Prisi yarışına pouldan start alıb və nəzərə alsaq ki, Madriddəki yeni trasda ötmə etmək çox çətindir, bu, ona qələbə üçün ən yaxşı şansları verib. Lakin McLaren komandası bu imkanı əldən verib: birincisi, Virtual Təhlükəsizlik Maşını (VSC) rejimi onun üçün əlverişsiz anda tətbiq olunanda qüvvədə olan dünya çempionunun bəxti gətirməyib, ikincisi isə onun yeganə pit-stopu zamanı ləngimə yaşanıb və nəticədə bir neçə qiymətli saniyə itirib.