AFP Azərbaycan istehkamçılarının Qarabağın minalardan təmizlənməsində rolundan bəhs edib

İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 Azərbaycanda Konstitusiya Günü Bakı 12° C USD - 1.700 EUR - 1.883 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 Azərbaycanda Konstitusiya Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika AFP Azərbaycan istehkamçılarının Qarabağın minalardan təmizlənməsində rolundan bəhs edib Qarabağ 12 noyabr, 2026 10:44 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın uzun illər ərzində Ermənistanın işğalı altında olmuş Qarabağ və ətraf rayonları dünyada minalarla ən çox çirklənmiş ərazilərdən biri olaraq qalır.
"Report" xəbər verir ki, bu barədə "France Presse" (AFP) agentliyinin Azərbaycanın Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndindən hazırladığı reportajda qeyd olunub.
Materialda keçmiş cəbhə xəttində Rokki adlı iti ilə birlikdə mina və partlamamış hərbi sursatların axtarışı ilə məşğul olan minaaxtaran it bələdçisi Əfsanə Bayramovadan bəhs edilib.
"Onların işi keçmiş məcburi köçkünlərin doğma yaşayış məntəqələrinə təhlükəsiz şəkildə qayıtması üçün şərait yaratmağa kömək edir", - agentlik vurğulayıb.
Ə.Bayramova ənənəvi olaraq kişilərin çalışdığı minatəmizləmə sahəsində fəaliyyət göstərən azsaylı qadınlardan biridir. Onun tərəfdaşı Rokki Xorvatiyadan gətirilmiş Belçika malinua cinsindən olan itdir.
Bələdçinin sözlərinə görə, it ehtimal olunan tapıntını müəyyən edərək işarə verir: "Biz hər bir işarəni minanın aşkarlanması kimi qiymətləndiririk".
O bildirib ki, kənarda qalmaq istəmədiyi və ölkənin inkişafına öz töhfəsini verməyə çalışdığı üçün minatəmizləmə işlərinə qoşulmağa qərar verib. Onun ailəsi 2020-ci ilin 44 günlük müharibəsi zamanı Azərbaycanın öz nəzarətinə qaytardığı Zəngilan rayonundandır.
Minatəmizləmə Agentliyinin (ANAMA) əməliyyat şöbəsinin müdiri Cabir Səmədovun sözlərinə görə, 2020-ci ildən bəri regionda 309 min hektardan çox ərazi təmizlənib, 69 minə yaxın mina və 200 minə yaxın partlamamış hərbi sursat zərərsizləşdirilib.
Agentliyin reportajında qeyd olunur ki, minalanmış ərazilərə çıxmazdan əvvəl itlər partlayıcı maddə nümunələrini aşkar etmək üçün xüsusi meydançada sınaqdan keçirlər. İş zamanı kinoloqlar heyvanlara ərazini yoxlamağa imkan verən uzun qayışlardan istifadə edirlər. Bir itin verdiyi işarədən sonra ehtimal edilən yeri digər it yoxlayır və istehkamçı yalnız bundan sonra yoxlamaya başlayır.
Heyvanların işini isti və quraq yay çətinləşdirir: Azərbaycanın aran rayonlarında temperatur 40 dərəcəni aşa bilir. Bundan başqa, itlərin fəaliyyət qabiliyyəti xəstəlik və pəncə zədələrinə görə də müvəqqəti olaraq məhdudlaşa bilər. Fəaliyyət müddəti başa çatdıqdan sonra onlar çox vaxt kinoloqlar tərəfindən himayəyə götürülürlər.
Ə.Bayramova qeyd edib ki, öz işinin nəticələrini yaşayış məntəqələrinin bərpasında müşahidə edir. Xüsusilə onun minalardan təmizlədiyi Ağdamın üç kəndində artıq yeni evlər tikilir.
"Biz yaşayış məntəqələrinin necə bərpa olunduğunu, insanların qayıtdığını, kənd təsərrüfatının dirçəldiyini görürük. Bu, bizdə qürur hissi yaradır", - o bildirib.
Reportajda həmçinin 2020-ci ildə minaya düşən, qardaşını və sol ayağını itirən, sağ ayağı isə ciddi şəkildə zədələnən Asif Əhmədovdan da bəhs edilir. Xəstəxanada üç aylıq müalicədən sonra o, ANAMA-nın könüllüsü olub və indi kənd sakinlərini və məktəbliləri minalanmış ərazilərə getməyin təhlükəli olması barədə xəbərdar edir.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Gülnar Mahmudova Sosial şəbəkələrdə paylaşın Kopyalandı AFP рассказало о работе азербайджанских саперов по разминированию Карабаха AFP talks on work of Azerbaijani deminers in Garabagh --> --> --> --> --> USD - 1.700 EUR - 1.883 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 12° C Son xəbərlər 02:35 Foto Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib Xarici siyasət 02:13 Azərbaycan Avropaya qaz ixracını artıracaq Energetika 02:09 Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq Energetika 02:02 Foto İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - Yenilənib Xarici siyasət 01:41 Millətlər Liqası: İtaliya Fransanı məğlub edib, Türkiyə qələbəni əldən verib Komanda 01:27 Harri Keyn İngiltərə millisində oyun sayına görə rekord müəyyənləşdirib Futbol 01:17 Foto Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb Xarici siyasət 01:15 Vaşinqtonda atışmanın təfərrüatları məlum olub Digər ölkələr 00:46 Avropa İttifaqı Naxçıvan dəmir yolu layihəsi üzrə qiymətləndirməni tezliklə yekunlaşdıracaq İnfrastruktur Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.