Futbol · APA Sport
DÇ-2026: Mərakeş Haitiyə, Şotlandiya Braziliyaya qarşı - YENİLƏNİR

2026-cı il dünya çempionatında bu gün qrup mərhələsinin III turuna start veriləcək.
Apasport.az xəbər verir ki, ilk oyun günündə C qrupunun iki görüşü baş tutacaq.
Mərakeş millisi Haiti ilə qarşılaşacaq. Qrupun digər matçında isə Şotlandiya Braziliya ilə münasibətlərinə aydınlıq gətirəcək.
Hər iki qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 02:00-da səslənəcək.
DÇ-2026 B qrupu, III tur 25 iyun 02:00. Mərakeş - Haiti 02:00. Şotlandiya - Braziliya