Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının rəsmi açılışı olub

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol Bakı 19° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının rəsmi açılışı olub Xarici siyasət 04 noyabr, 2026 20:09 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının rəsmi açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian, Rusiya Federasiyasının fövqəladə hallar naziri general-polkovnik Aleksandr Kurenkov, Belarus Respublikasının fövqəladə hallar naziri daxili xidmət general-mayoru Vadim Sinyavski, Özbəkistan Respublikası fövqəladə hallar nazirinin birinci müavini polkovnik Sanjar Zuparov, Qırğız Respublikası fövqəladə hallar nazirinin müavini polkovnik Almazbek Asanov, Federasiyanın üzvü olan ölkələrin komandaları və nümayəndə heyətləri, yarışın hakimləri, digər yerli və xarici qonaqlar iştirak ediblər.
Tədbirdə əvvəlcə Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının əsas hakimlər kollegiyasının üzvləri və iştirakçı ölkələrin - Avstriya, Bolqarıstan, Belarus, Rumıniya, Çin, Çexiya, Almaniya, İran, Qazaxıstan, Qırğızıstan, Polşa, Rusiya, Slovakiya, Türkiyə, Özbəkistan, Vyetnam və Azərbaycan komandalarının təntənəli keçidi olub.
Azərbaycan Respublikasının Dövlət Bayrağı və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının bayrağı meydana gətirildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni və Federasiyanın Himni səsləndirilib.
Mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkənin qlobal miqyasda nüfuzlu bir idman dövlətinə çevrildiyini bildirib.
Sonra Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian, Federasiyanın direktoru Andrey Kalinin və baş hakim Aleksandr Klitonçik çıxış edərək, Azərbaycanda dünya çempionatının yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildirib, yarışın keçirilməsi üçün yaradılmış şəraiti və görülmüş təşkilati işləri yüksək qiymətləndirdiklərini vurğulayıb, iştirakçılara uğurlar arzulayıblar.
Daha sonra yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı açıq elan olunub.
Mərasimdə Azərbaycanın zəngin tarixi və mədəniyyətini tərənnüm edən, eləcə də dünya çempionatına həsr olunmuş videoçarxlar nümayiş olunub, ölkənin milli musiqi və rəqs nümunələrindən ibarət bədii proqram təqdim edilib.
Çempionatın proqramına uyğun olaraq daha sonra hücum nərdivanı ilə qalxma növü üzrə kişilər arasında yarımfinal və final, qadınlar arasında isə final yarışları keçirilib.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Nəcməddin Quluzadə Foto Zaur Mustafayev Sosial şəbəkələrdə paylaşın Kopyalandı Foto В Баку состоялось официальное открытие ЧМ по пожарно-спасательному спорту Foto World Fire and Rescue Sport Championships officially open in Baku --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 19° C Son xəbərlər 22:23 Azərbaycanın Xorvatiyadakı səfiri: Minalardan təmizləmə prosesi beynəlxalq əməkdaşlıq və dəstək tələb edir Xarici siyasət 22:10 Azərbaycan mətbəxini tanıdan kitab boşnak dilində nəşr olunub Xarici siyasət 22:07 Foto Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər Mədəniyyət siyasəti 21:51 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib Sağlamlıq 21:41 Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib Digər ölkələr 21:33 Komitə Samvel Karapetyan və daha 8 nəfərin həbsini tələb edib – Yenilənib Region 21:22 UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib Futbol 21:22 Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynaya səfəri başlayıb Energetika 21:17 Foto Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər Fərdi Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.