Digər · APA Sport
“Real”ın sabiq kapitanı “Xetafe”yə keçdi – RƏSMİ

İspaniyanın “Xetafe” klubu heyətini ulduz futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Madrid təmsilçisi Daniel Karvaxalın transferini rəsmən açıqlayıb. 34 yaşlı müdafiəçi ilə 2027-ci il iyunun 30-dək müqavilə imzalanıb.
Qeyd edək ki, Karvaxal sabiq klubu “Real”ın heyətində 6 dəfə UEFA Çempionlar Liqasının qalibi olub. O, İspaniya millisi ilə 2024-cü ildə Avropa çempionluğunu, 2023-cü ildə isə UEFA Millətlər Liqasının titulunu qazanıb.