İdman24
Digər · APA Sport

Zaniolo "Udineze"də qalacaq: Azı 3 illik müqavilə

"Udineze" Nikolo Zaniolo ilə yeni müqavilə imzalamağa yaxındır.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, tərəflər yeni müqavilə ilə bağlı danışıqların son mərhələsindədir. Yeni müqavilənin 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulacağı, razılaşmaya daha bir mövsümlük uzatma bəndinin də daxil ediləcəyi qeyd olunub.

Qeyd edək ki, 26 yaşlı italiyalı hücumameyilli yarımmüdafiəçi bu yay "Qalatasaray"dan "Udineze"yə keçib.

Zanioolo karyerası ərzində "Virtus Entella", "İnter", "Roma", "Aston Villa", "Atalanta" və "Fiorentina"nın formasını geyinib.

Orijinal mənbə

İdman24 əsas səhifə