İdman24
Döyüş İdmanı · APA Sport

U-17 DÇ: Azərbaycanın 6 güləşçisindən 2-si mübarizəni dayandırıb

Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, yarışın altıncı günündə Azərbaycanın 6 sərbəst güləşçisi mübarizə aparır. Onlardan ikisi artıq yarışı başa vurub.

71 kq çəki dərəcəsində çıxış edən Turan Quliyev təsnifat mərhələsində qazaxıstanlı Adilet Risbaya 2:3 hesabı ilə məğlub olub.

48 kq-da Hüseyn Rzazadə isə ikinci təsəlliverici görüşdə ABŞ təmsilçisi Kuper Deputiyə 1:12 hesabı ilə uduzaraq dünya çempionatında mübarizəni dayandırıb.

Digər təmsilçilərimizdən Elgün Kərimli (92 kq) təsnifat mərhələsində hindistanlı Sakşam Fnu ilə üz-üzə gələcək.

1/8 finalda Tunar Həsənov (45 kq) bolqarıstanlı R.Velikov – monqolustanlı Ariun Erdenetuqs cütünün, İbrahim Həsənov (51 kq) kanadalı Qaurav Bahi – gürcüstanlı Giorgi Narimanidze cütünün, Elcan Həsənov (60 kq) isə macarıstanlı Balaj Hideq – polşalı Vitold Pavlik cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi indiyədək dünya çempionatında 6 medal qazanıb. Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medala sahib olublar.

Orijinal mənbə

İdman24 əsas səhifə