Digər · APA Sport
Zidanın oğlu İspaniyada klubunu dəyişdi

İspaniyanın “Leqanes” klubu heyətini yeni qapıçı ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Sequnda təmsilçisi Əlcəzair millisinin qapıçısı Luka Zidanı transfer edib.
28 yaşlı qolkiper yeni klubu ilə bir mövsümlük müqavilə imzalayıb. Sözləşmədə daha bir il uzadılma variantı nəzərdə tutulub. Zidan “Qranada”dan ayrıldıqdan sonra “Leqanes”ə keçib.
Luka Zidan Fransa millisinin sabiq futbolçusu və məşqçi Zinəddin Zidanın oğludur. Fransa yığmasının aşağı yaş qruplarında çıxış edən qapıçı 2025-ci ildən Əlcəzair millisini təmsil edir.
Qeyd edək ki, “Leqanes” ötən mövsüm İspaniya Sequndasında mübarizə aparıb.