İdman24
Futbol · Report İdman

Çexiya mediası "Sabah"ın "Slaviya" üzərində qələbəsi barədə: Bakıda fiasko - DAYCEST

İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 24° C USD - 1.700 EUR - 1.906 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Çexiya mediası "Sabah"ın "Slaviya" üzərində qələbəsi barədə: Bakıda fiasko - DAYCEST Futbol 14 oktyabr, 2026 10:36 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycanın "Sabah" klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda Praqanın "Slaviya" komandası üzərində 2:0 hesabı ilə qələbəsi Çexiya mediasında geniş rezonans doğurub.

"Report" xəbər verir ki, Çexiya nəşrləri hazırkı çempionlarının məğlubiyyətini fiasko adlandırıb və praqalıların turnirdə uzun illərdir davam edən qələbəsizlik seriyasına son qoya bilməməsinə diqqət çəkiblər.

Çexiyanın ən böyük xəbər nəşrlərindən biri olan "Seznam Zprávy" "Slaviya"nın Avropa futbol elitası səviyyəsinə uyğunluğunu şübhə altına alıb.

"Slaviya" Azərbaycanda məğlub oldu. Komanda böyük ümidlər bəslədiyi oyunu bərbad keçirdi. O, nəyə qadir olduğunu daha nə vaxt göstərə bilərdi?" - məqalədə bildirilib.

Qeyd edilib ki, praqalılar Çempionlar Liqasında sonuncu qələbələrini hələ 2007-ci ilin sentyabrında qazanıblar və bundan sonra uzun illər ərzində bu nəticəni təkrarlamağa cəhd ediblər.

Digər böyük çex xəbər portalı "iDNES.cz" görüşün nəticəsini "Çexiya çempionunun Bakıdakı fiaskosu" kimi xarakterizə edib.

Başqa bir materialda nəşr Praqa klubunun oyununu kəskin tənqid edən "Slaviya"nın sabiq futbolçularının qiymətləndirmələrinə diqqət yetirib.

"Onlar çoxlu imkanlar yaratdılar, lakin heç birini reallaşdırmadılar. Çempionlar Liqasında nadir hallarda bu qədər şans olur, üstəlik də səfərdə", - portal "Slaviya"nın sabiq müdafiəçisi Ondrjey Kudelanın sözlərini gətirib.

Nəşr həmçinin diqqəti ona çəkir ki, Çexiya komandasının oyunçuları beş dəfə "Sabah"ın qapısı qarşısında ciddi təhlükə yaratsalar da, fərqlənə bilməyiblər.

Çexiyanın "Deník" qəzeti də Praqa klubunun davam edən uğursuz seriyasına diqqət çəkərək, onu "Çempionlar Liqasının lənəti" adlandırıb.

Qəzetdə qeyd edilib ki, Azərbaycan komandasına məğlubiyyət Çexiya çempionunun ən nüfuzlu Avropa klub turnirindəki çoxillik qələbəsiz seriyaya son qoymaq ümidlərinə növbəti zərbə oldu.

Öz növbəsində, "Sport.cz" idman portalı müdafiədəki səhvlərə və reallaşdırılmayan çoxsaylı imkanlara işarə edərək, praqalıların məğlubiyyətini "Bakıda müvəffəqiyyətsizlik" adlandırıb.

Nəşr həmçinin qol imkanlarının reallaşdırılmasında Azərbaycan klubunun üstünlüyünü etiraf edən "Slaviya"nın yarımmüdafiəçisi Mixal Sadilekin sözlərini sitat gətirib.

"Çox təəssüf edirik. Biz çox az şey göstərdik. Rəqibə qalib gəlmək olardı və "Sabah"a 0:2 hesablı məğlubiyyət pisdir", - futbolçu bildirib.

"Sport.cz"nin məlumatına görə, praqalılar favorit statusundan istifadə etməli idilər, lakin çoxdan gözlənilən qələbə əvəzinə, "komandaya ciddi zərbə olan" məğlubiyyətlə üzləşdilər.

Çexiya televiziyası "ČT sport" materialında "Köməksiz "Slaviya" Bakıda Avropa müvəffəqiyyətsizlikləri seriyasını uzatdı" başlığı altında "Sabah"ın qələbəsinin Azərbaycan üçün tarixi əhəmiyyətini vurğulayıb.

Müəlliflər xatırladırlar ki, ilk turda İngiltərənin "Mançester Yunayted" komandasına 0:4 hesabı ilə uduzan "Sabah" Çempionlar Liqasında ilk qolunu məhz praqalılara qarşı matçda vura bilib.

Nəşrdə həmçinin qeyd edilib ki, "Slaviya" iki ölkə klublarının avrokuboklardakı qarşılaşmaları tarixində Azərbaycan təmsilçisinə uduzan ilk Çexiya komandası olub.

İdman nəşri "iSport.cz", "Slaviya"nın baş məşqçisi Yindrjix Trpişovskinin matçdan sonrakı açıqlamasına xüsusi diqqət ayırıb: "Rəqibi qələbə münasibətilə təbrik edirəm. O, keyfiyyətli oyun nümayiş etdirdi, lakin düzünü deyim: biz ona qalib gəlməli idik".

Y.Trpişovski həmçinin qeyd edib ki, "Sabah" meydanın mərkəzində onun yetirmələrini üstələməyi bacarıb, Çexiya klubunun oyunçuları isə səhvlərə yol verib və öz imkanlarını reallaşdıra bilməyiblər.

Müəllif Praqa komandasının oyununu, yüngülləşdirilməsi üçün ağrıkəsici yazıla biləcək bir əziyyətlə müqayisə edib və qeyd edib ki, turnirin ən gənc iştirakçılarından birinə məğlub olmaq Çexiyada hələ uzun müddət müzakirə ediləcək.

"Ruik"in qiymətləndirməsinə görə, Bakıdakı oyun "Slaviya"nın həm hücumda, həm də müdafiədəki problemlərini nümayiş etdirib. Nəşr hesab edir ki, komanda "Sabah"ın mütəşəkkil oyununa nə effektiv taktik həllər, nə də lazımi fərdi məhsuldarlıq qarşı qoya bildi.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Kamil Mahmudov Sosial şəbəkələrdə paylaşın Скопировано Чешские медиа о победе "Сабаха" над "Славией": Фиаско в Баку и проклятие Лиги чемпионов - ДАЙДЖЕСТ Czech media on Sabah's victory over Slavia Prague: Debacle in Baku and the Champions League curse --> --> --> --> --> USD - 1.700 EUR - 1.906 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 12:09 "Expressbank"ın xalis mənfəəti 65 %, depozit portfeli isə 19,5 % artıb Maliyyə 12:08 Foto Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib Daxili siyasət 12:03 Azərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb Futbol 12:00 Ani Ödənişlər Sistemi ilə aylıq dövriyyə 2 milyard manatı ötüb Maliyyə 11:59 Foto "Unibank" üçüncü rübün maliyyə nəticələrini açıqlayıb Maliyyə 11:54 Ədalət Muradov: "Milli Fəaliyyət Planının məqsədi iqtisadi artıma təkan verməkdir" İnfrastruktur 11:48 Bulvar İdarəsinin həbsdə olan sabiq sədrinin məhkəməsində: Pulun yarısını rəsmi, yarısını qeyri-rəsmi verirdim Daxili siyasət 11:44 Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib Sosial müdafiə 11:36 Makron süni intellektlə bağlı Müdafiə və Mili Təhlükəsizlik Şurasının iclasını keçirəcək Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia

Orijinal mənbə

İdman24 əsas səhifə