Döyüş İdmanı · APA Sport
UFC: Nazim Sadıxov nakautla MƏĞLUB OLDU

Bakıda keçirilən “UFC Fight Night: Fiziev vs. Torres” tədbiri davam edir.
“Apasport”un ezam olunmuş əməkdaşının məlumatına görə, əsas kartın növbəti döyüşündə Azərbaycan təmsilçisi oktaqona çıxıb.
Yüngül çəki dərəcəsində Nazim Sadıxov Braziliyadan olan Mateus Kamilo ilə qarşılaşıb.
Təmsilçimiz ilk raunda aktiv başlayıb. Lakin hissənin ortalarında Kamilo nakautla qələbə qazanıb.
Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev Manuel Torreslə qarşılaşacaq.